Yalı Çapkını-nın Seyranından tətil FOTOları
    • Bu gün, 16:42
    • 96

Yalı Çapkını-nın Seyranından tətil FOTOları

İki mövsüm Star TV ekranlarında izləyiciləri ilə görüşən Yalı Çapkını serialında baş rolu canlandıran Afra Saraçoğlu mövsüm finalından sonra fasilə verib.

News24.az xəbər verir ki, əvvəl İspaniyaya, daha sonra ABŞ-a gedən məşhur ad 3-cü sezon öncəsi dincəlib.

Uzun müddət Nyu Yorkda qaldıqdan sonra ölkəyə qayıdan Saraçoğlu bu dəfə Avstriyaya gedib.

Qeyd edək ki, bir çox Hollivud ulduzunun da üstünlük verdiyi Avstriyadakı Vivamayr Detox Clinic-ə gedən Afra Saraçoğlu detoks pozalarını izləyiciləri ilə bölüşüb.

Məşhur aktrisa paylaşımında "Bura gəlməklə psixi sağlamlığım üçün ən böyük yaxşılığı etdim" yazıb.

Həmin fotoları təqdim edirik:


Günel Məlikzadə