Bir ailənin üzvləri qəzaya düşdü - 3 uşaq öldü, 6 yaralı var
    • Bu gün, 09:40
    • 68

Bir ailənin üzvləri qəzaya düşdü - 3 uşaq öldü, 6 yaralı var

Ötən gecə Zərdabda ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə saat 23 radələrində Kürdəmir - Zərdab yolunda baş verib.

Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı nəqliyyat vasitəsində olan 2 nəfər hadisə yerində ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, qəzaya düşən avtomobildəki 9 nəfər bir ailənin üzvü və yaxın qohumlar olub. Hadisə nəticəsində ölənlərdən biri sürücü N.Quliyevin 13 yaşlı qızı, digəri isə yaxın qohumu olan 4 yaşlı qızdır.

***

Hadisə nəticəsində ağır xəsarətlər alan sürücü N.Quliyevin digər qızı isə səhər saatlarında xəstəxanada vəfat edib.