-
- 3-06-2019, 12:54
- 1 136
Bakı-Sabunçu qatarı ilə bağlı ƏHALİDƏN ŞİKAYƏT
Azərbaycan Dəmir Yolları əhalini məsuliyyətli olmağa çağırır
Mayın sonlarında istifadəyə verilmiş Sabunçu-Bakı sərnişin qatarı ilə bağlı əhali arasında narazılıqlar yaranıb.
News24.az xəbər verir ki, narazılığa səbəb kart sistemi ilə bağlıdır. Hazırda kart satışının dayandırılması və bir kartdan yalnız 1 sərnişinin istifadə etməsinə icazənin verilməsi əhali arasında o qədər xoş qarşılanmayıb.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib ki, gediş kartının bir nəfərə aid olacağı barədə əvvəldən məlumat verilib: “Ümumiyyətlə kart sisteminə keçid alandan biz qeyd etmişik ki, kart yalnız bir nəfərə aiddir. Yəni, ailə belə olsa hər kəsin özünə aid kartı olmalıdır”.
Daha bir narazılıq isə qatardan endikdən sonra sərnişinin bileti və ya kartı dəmir yolu stansiyasından çıxmaq üçün turniketə toxundurmasıdır. Biletin itməsi halında isə məsafəyə görə yenidən ödəniş edib bilet əldə olunmasıdır. S.Qədirova isə ADY-nin bu yolla sərnişinlərin az pul ödəyib uzaq məsafəyə səfər etməsinin qarşısını almaq məqsədilə edildiyini deyib: “Gediş haqqı məsafəyə görə dəyişir. Stabil qiymət deyil. Xirdalan, Biləcəri, Bakıya müxtəlif qiymətlərdir. Misal üçün sərnişin Sabunçudan Bakıya bilet ala bilər, lakin Sumqayıta gedə bilər. Bunu individual olaraq tənzimləmək mümkün deyil. Buna görə də biletini və ya kartını turniketə vuran zaman hər şey bəlli olur. Kart sistemində pul vəsaiti sərnişin qatardan düşən zaman kartını turniketə toxundurduqda çıxılır. İnsanlarımız isə bir az diqqətli olsunlar. Bileti itirmək olmaz. Hər kəs bunun üçün məsuliyyət daşımalıdır və məsuliyyətli olmalıdır.
Teymur MƏMMƏDOV