Prezident Administrasiyasından deputatlığa daha bir NAMİZƏD
    • 10-08-2024, 11:29
    • 209

Prezident Administrasiyasından deputatlığa daha bir NAMİZƏD

Prezident Administrasiyasının daha bir əməkdaşı sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

News24.az xəbər verir ki, modern.az-ın məlumatına görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova namizədliyini irəli sürüb.

O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizəddir.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Ramid Namazov isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışır.