İsrail Qəzza zolağında 30 radikal hədəfə hücum edib
    • Bu gün, 12:44
    • 74

İsrail Qəzza zolağında 30 radikal hədəfə hücum edib

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağının hər yerində 30 müxtəlif radikal hədəfə zərbələr endirib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hücum edilən hədəflər arasında hərbçilər “silah anbarları”, “hərbi qurğular” və “tank əleyhinə raket buraxılış qurğusunu” sadalayıblar.

Bundan əlavə, İsrail quru qüvvələri sektorun cənubundakı Rəfah şəhəri ərazisində əməliyyatlarını davam etdirir.