İranda qadın həbsxanasında üsyan
    • 11-08-2024, 14:04
    • 263

İranda qadın həbsxanasında üsyan

Həbsxanalar, Təhlükəsizlik və İslah Xidmətləri İdarəsi İranın qadın həbsxanasında baş verən iğtişaşın dinc yolla yatırıldığını bildirib.

News24.az Lent.az-a istinadən məlumat verir ki, iranlı mühafizəçilərin Evin həbsxanasında qadın məhbusları döyməsi ilə bağlı mətbuatda yayılan xəbərlər təkzib edilib. Məlumatda deyilir ki, avqustun 6-da məhbuslardan Narges Mohammadi adlı biri digər məhbusları mühafizə rəisinə hücum etməyə razı salıb.

Məlumatda həmçinin bildirilir ki, məhbuslar həbsxanadan çıxmaq üçün həyət qapısının kilidini sındırıblar. Mühafizəçilər məhbusların binaları tərk etmələrinin dinc yolla qarşısını almaq üçün tədbirlər görüblər.

İğtişaşlar zamanı qadın məhbuslar həbsxana işçilərini döyüblər. İki məhbus stress səbəbindən ürək döyüntüsünün artmasından əziyyət çəkib, lakin tibbi müayinə onların ümumi vəziyyətinin qənaətbəxş olduğunu göstərib.