Rusiyadan gələn şəxsin üzəzrində silah AŞKAR EDİLİB
    • 3-06-2019, 16:26
    • 474

Rusiyadan gələn şəxsin üzəzrində silah AŞKAR EDİLİB

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Rusiya Federasiyasından gələn, bu ölkə vətəndaşının idarə etdiyi "Toyota Camry" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

DGK-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. 

Nəticədə nəqliyyat vasitəsinin ön sağ sərnişin oturacağının qarşısında əşyaların saxlanması üçün zavod kostruksiyasında nəzərdə tutulan saxlanc qutusundan 1 ədəd üzərində MP-654K yazılan T15043570 seriya nömrəli 4.5 mm kalibrli pnevmatik silah aşkar edilib.