13 avqust saat 06:00-dan başlayaraq... - XƏBƏRDARLIQ
    • 12-08-2024, 14:42
    • 39 547

13 avqust saat 06:00-dan başlayaraq... - XƏBƏRDARLIQ

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Belə ki, 13 avqust saat 06:00-dan 16 avqust saat 19:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik  hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.