Ukrayna Rusiyanı atəşə tutdu: Ölən və yaralananlar var
    • 12-08-2024, 16:27
    • 310

Ukrayna Rusiyanı atəşə tutdu: Ölən və yaralananlar var

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik son bir həftə ərzində Ukrayna silahlı qüvvələrinin Rusiya yaşayış məntəqələrini atəşə tutması ilə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, Miroşnik açıqlamasında deyib:

"Həftə ərzində döyüş xəttində ümumilikdə 235 nəfər yaralanıb, daha 17 nəfər həlak olub. Səhiyyə Nazirliyinin məlumatına görə, Kursk vilayətində 98 nəfər xəsarət alıb. Belqorod vilayətində isə 70-dən çox insan yaralanıb. Düşmən artilleriyadan, dronlardan və digər silahlardan istifadə edib”.

Miroşnik bu rəqəmin son olmadığını qeyd edib. Çünki Kursk vilayətinə kütləvi hücum nəticəsində ölənlərin hamısının cəsədləri bölgədə tapıla bilmir.

Səfir həmçinin vurğulayıb ki, Rusiya hərbçiləri xüsusi hərbi əməliyyat zonasında cəbhənin müxtəlif ərazilərində irəlilədikcə və Ukrayna silahlı qüvvələri geri çəkildikcə, düşmən məğlubiyyətə uğrayır, mülki əhalini atəşə tutur.

Məryəm İlhamqızı