İsrailin son kəşfiyyatı: İran bu həftə hücum edəcək
    • 13-08-2024, 12:32
    • 151

İsrailin son kəşfiyyatı: İran bu həftə hücum edəcək

Amerikanın Axios xəbər saytına danışan İsrail mənbələri İranın bir neçə gün ərzində birbaşa İsrailə hücum etməyə hazırlaşdığını bildirib. Digər tərəfdən ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi də İranın bu həftə İsrailə hücum edə biləcəyini iddia edərək, bu məlumatın İsraillə paylaşıldığını bildirib. 

News24.az xəbər verir ki, bu təxminlərə görə, avqustun 15-də Qəzzada yenidən başlaması planlaşdırılan atəşkəs danışıqlarından əvvəl İran və Hizbullahın birgə hücumu baş tuta bilər.

Mənbələr bildiriblər ki, raketlər və pilotsuz uçuş aparatları ilə edilən hücum İsrailin mərkəzində mülki yaşayış məntəqələri və hərbi bölgələri hədəfə ala bilər. Livan mediasının məlumatına görə, Hizbullah isə İsraillə böyük bir münaqişəyə qarşı ehtiyat tədbiri olaraq Beyrutun Dahieh şəhərciyindəki hərbi və siyasi qərargahını tamamilə boşaldıb.

Məryəm İlhamqızı