Xalq artistinin evinə basqın edildi - VİDEO
    • 13-08-2024, 13:51
    • 576

Xalq artistinin evinə basqın edildi - VİDEO

Beş nəfərdən ibarət qrup Rusiyanın Xalq artisti, müğənni Larisa Dolinanın Xamovnikidəki mənzilinə basqın etmək istəyib.

News24.az “Mash”-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Naməlum şəxslər iddia ediblər onlar Ksenyevskidəki dəbdəbəli evi alıblar.

Evə soxulmağa cəhd edənlər mühafizə əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Bildirilib ki, həmin şəxslərin ifaçının evinə gəlmə səbəbi aldadılmalarıdır. Fırıldaqçılar L.Dolinanın adına olan mənzili satışa çıxarıblar.

Teymur Məmmədov