-
- 13-08-2024, 16:11
- 531
Aktrisa Fahriye Evcen tətili belə keçirtdi - FOTOlar
İllər əvvəl "Çalıkuşu" serialında tanış olan və dostluqları zamanla sevgiyə çevrilən Fahriye Evcen və Burak Özçivit 2017-ci ildə ailə həyatı qurublar.
News24.az xəbər verir ki, xoşbəxt ailə həyatı yaşayan məşhur aktyor ailəsi ilə birlikdə istirahətə yollanıb.
Xoş anlarını zaman-zaman izləyiciləri ilə bölüşən Evcen hovuz kənarında şəkil çəkdirib.
Hasır papağı və ağ çimərlik paltarı ilə kamera qarşısına keçən 38 yaşlı Fahriye Evcen paylaşımına "Aloha" yazıb.
İki uşaq anası Evcenin bayram pozası "Gözəllik", "Allah səni qorusun", "Sən gözəlsən" kimi minlərlə bəyənmə və şərh alıb.
Həmin fotoları təqdim edirik:
Günel Məlikzadə