Yeniyetmə qız yük qatarı tərəfindən - VURULDU

Yeniyetmə qız yük qatarı tərəfindən - VURULDU Dünya

Rusiyada Leninqrad vilayətində məktəbli qız svetoforun qırmızı işığında dəmir yolu relslərini keçərək yük qatarının təkərləri altında qalıb. 

News24.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə “Lodeynoye Pole” stansiyasında baş verib. Uşağı relsdə görən yük qatarının maşinisti təcili əyləci bassa da, toqquşmadan qaça bilməyib.

Zərərçəkən xəstəxanaya yerləşdirilib və sağ olduğu bildirilib. Lakin qızın vəziyyəti ilə bağlı təfərrüatlar məlum deyil. 

Hadisənin baş vermə şəraiti barədə araşdırmalar davam edir.

Məryəm İlhamqızı