Yaponiyanın baş naziri VƏZİFƏDƏN GEDİR
    • 14-08-2024, 11:54
    • 183

Yaponiyanın baş naziri VƏZİFƏDƏN GEDİR

Yaponiyada Fumio Kişidanın siyasi qalmaqallarla dolu 3 illik hakimiyyəti başa çatmaq üzrədir. 

News24.az xəbər verir ki, baş nazir Kişida sentyabrda Liberal Demokrat Partiyasının (LDP) lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. 

Mətbuat konfransında yenidən partiya liderliyinə namizəd olmayacağını açıqlayan Kişida “Siyasət ictimai etimad olmadan işləyə bilməz. Bundan sonra mən partiyanın üzvü kimi bütün diqqətimi onun yeni seçilmiş liderini dəstəkləməyə yönəldəcəyəm", - deyib.

Kişidanın istefa qərarı dünyanın dördüncü ən böyük iqtisadiyyatına sahib Yaponiyada yeni baş nazir axtarışına səbəb olacaq.

Məryəm İlhamqızı