David Neresin yeni ünvanı məlum oldu
    • 16-08-2024, 15:08
    • 362

David Neresin yeni ünvanı məlum oldu

Transferdə adı "Beşiktaş"la hallanan David Nereslə bağlı yeni iddia ortaya atılıb.

News24.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, "Napoli"nin "Benfika"da çıxış edən Neresin yerinə keçdiyi iddia edilib.

Qeyd olunub ki, A Seriya komandası Benfika ilə anlaşmağa yaxındır və transferin 28 milyon avroya tamamlanacağı gözlənilir.

Portuqaliya yığması Di Mariya ilə yeni müqavilə imzaladıqdan sonra Neresin forma tapmaq şansı azalıb.

Onu da bildirək ki, məşqçi Rocer Şmidt daha əvvəl 27 yaşlı futbolçunun komandadan ayrılmaq istədiyini açıq şəkildə bildirib.

Günel Məlikzadə