“Sumqayıt” “Səbail”lə üz-üzə
    • 17-08-2024, 11:07
    • 148

“Sumqayıt” “Səbail”lə üz-üzə

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

News24.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Qərb derbisində "Kəpəz" "Turan Tovuz"la qarşılaşacaq. Çempionatın autsayderlərindən olan Gəncə təmsilçisi ilk qol və ilk xal üçün meydana çıxacaq. Öz meydanına qonaq qismində çıxacaq Kurban Berdıyevin yetirmələri isə liderliyi ələ keçirmək üçün qalib gəlməlidir.

"Sumqayıt" ikinci ev matçına çıxacaq. Samir Abasovun komandası öz meydanında növbəti qələbəsini qazanmaq niyyətindədir. Qonaqlar isə aşağı pillələrdən qurtulmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

II tur

17 avqust (şənbə)

18:15. "Kəpəz" – "Turan Tovuz"

Baş hakim: Cavid Cəlilov

Tovuz şəhər stadionu

20:30. "Sumqayıt" – "Səbail"

Baş hakim: Rəvan Həmzəzadə

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu