Şarj cihazını “rozetka”dan ayırmasanız nə olar? - Diqqətli olun
    • 17-08-2024, 17:07
    • 447

Şarj cihazını “rozetka”dan ayırmasanız nə olar? - Diqqətli olun

Mobil telefon sahibləri üç növə bölünür. Bəziləri həmişə şarj cihazını rozetkadan vaxtında çıxarırlar. Bəzi istifadəçilər də bunu etməyi unudurlar. Bəziləri isə qəsdən sarj cihazını rozetkada qoyurlar. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, elektrik yuvasında qalan cihaz ciddi problemlərə çevrilə bilər. 

Artan elektrik istehlakı

Elektrik yuvasına qoşulu olan şarj cihazı qadcetdən ayrıldıqdan sonra da enerji sərf etməyə davam edir. Bəli, əvvəlcə itkiləri böyük adlandırmaq olmaz. Ancaq istifadəçi hələ də şarj cihazını yuvadan ayırmamağa davam edərsə, ay sonu gələn ödəniş haqqı bir xeyli artacaq. 

Yanğın

“Rozetka”da qalan şarj cihazının alışması da mümkün hadisələrdən biridir. Bu, qısaqapanma səbəbindən baş verə bilər. Mənzilinizdə yanğın baş verməsini istəmirsiniz? O zaman şarj cihazını vaxtında bağlayıcıdan ayırın.