Azərbaycandan xaricə ən çox kişilər gedir - STATİSTİKA
    • 17-08-2024, 17:27
    • 210

Azərbaycandan xaricə ən çox kişilər gedir - STATİSTİKA

Azərbaycandan xarici ölkəyə gedənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır.

News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində xaricə gedənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artım var. Ümumikdə xaricə 1223,0 min nəfər gedib.

Azərbaycan vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 21,4 faizi Rusiyaya, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər edib.

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiyaya gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artıb.

2024-cü ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,9 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.