3 gündür axtarışda olan  9 yaşlı uşaq tapıldı – bacısı intihar etdi - FOTO
    • 3-08-2018, 18:01
    • 750

3 gündür axtarışda olan  9 yaşlı uşaq tapıldı – bacısı intihar etdi - FOTO

Türkiyənin Gaziantep şəhərində bir ailəni gözüyaşlı qoyan hadisə baş verib.

News24.az xəbər verir ki, əslən Suriya vətəndaşı olan 9 yaşlı Ahmet Salih itib. Ailəsi və axtarış qrupu 3 gündür uşağı tapa bilməyib. Nəhayət bu gün uşağı tapa biliblər, amma cansız bədəninə qovuşublar. Uşaq, suriyalıların qaldığı düşərgədən 200 metr aralıda olan su quyusuna düşüb və boğulub. Cəsədi görən ailə şok yaşayıb. 


Bu xəbər ailəni ikinci dəfə üzülməsinə səbəb olub. Belə ki, bundan bir neçə ay öncə Ramazan Bayramı ərəfəsində  ailənin 13 yaşlı qızı intihar etmişdi. 


EN