"Survivor İsmail Balaban"ın hamilə həyat yoldaşı göz yaşlarına boğuldu
    • 18-04-2025, 23:48
    • 487

"Survivor İsmail Balaban"ın hamilə həyat yoldaşı göz yaşlarına boğuldu

“Survivor 2025”-də böyük Türkiyə mükafatına sahib olacaq beşinci iştirakçı üçün keçirilən sorğunu İsmail Balaban qazanıb. Balabanın hamilə həyat yoldaşı İlayda Şəker sosial şəbəkədə paylaşdığı videoda göz yaşlarını saxlaya bilməyib.

News24.az Sherg.az-a istinadla xəbər verir ki, oyunlardan sonra “Survivor”da Türkiyə biletini qazanan adlar bunlar olmuşdu: Batuhan Gökgöz, Almeda Baylan, Yusuf Yıldız və Adem Kılıççı.

17 apreldə yayımlanan yeni bölümdə Acun Ilıcalı Türkiyəyə gedəcək beşinci şəxsin anketlə seçiləcəyini açıqlayıb. Canlı yayımda keçirilən anketi İsmail Balaban qazanıb.

Balabanın həyat yoldaşı İlayda Şəker, anket üçün izləyicilərindən dəstək istəyib. Ərinin İstanbula gələcəyini öyrənən keçmiş “Survivor” iştirakçısı İlayda duyğusal anlar yaşayıb və paylaşdığı videoda belə deyib:

“Allah hamınızdan razı olsun. Bütün dəstək verənlərdən, ankete qatılanlardan minlərlə dəfə razıyam. Bizim buna həqiqətən ehtiyacımız var idi. Yaxşı ki, varsınız. Haqqınızı halal edin.”

Daha sonra İlayda Şəker bir paylaşım daha edərək İstanbula getmək üçün təyyarəyə mindiyi anları izləyiciləri ilə bölüşüb.

“Həyatımda heç bir an bu qədər özəl olmamışdı. Əvvəlcə Rəbbimə şükürlər olsun, sonra da İsmail üçün səs verən hər kəsə çox təşəkkür edirəm,” – deyə bildirib.

Qeyd edək ki, 2021-ci ildə “Survivor”a qatılaraq çempion olan başpəhləvan İsmail Balaban ilə İlayda Şəkerin dostluğu yarışma zamanı eşqə çevrilmişdi. Cütlük 2022-ci ildə evlənmişdi.

Yarışmanın ilk həftəsində ata olacağı xəbərini alan Balaban üçün böyük bir sevincli xəbər də var: Son həftələrdə onların qız övladı olacağı açıqlanıb.