“Arsenal”ın futbolçusu yeni rekorda imza atdı
    • 18-08-2024, 11:36
    • 385

“Arsenal”ın futbolçusu yeni rekorda imza atdı

İngiltərə Premyer Liqasının I turunda “Vulverhempton” üzərində (2:0) qələbə qazanan “Arsenal”ın futbolçusu Uilyam Saliba yeni rekord müəyyənləşdirib.

News24.az xəbər verir ki, fransalı müdafiəçi “topçular”ın heyətində 50-ci qələbəsini qazanıb.

O, bu uğura 66-cı oyununda imza atıb. Bununla da Saliba Naço Monrealın “Arsenal”da keçirdiyi 70 matçda 50 qələbəlik rekordunu geridə qoyub.