“Dinamo” – “Qarabağ” oyununun hakimləri açıqlanıb
    • 19-08-2024, 11:16
    • 254

“Dinamo” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, UEFA avqustun 20-də Zaqrebdə təşkil olunacaq görüşü İsveçdən olan hakimlər briqadasına həvalə edib.

“Maksimir” stadionundakı matçı Qlenn Niberq idarə edəcək. Baş hakimin köməkçiləri Mahbod Beigi və Andreas Söderkvist olacaqlar. Dördüncü hakim funksiyasını Adam Ladebek yerinə yetirəcək.

Almaniyalılar Bastian Dankert və Yohann Pfeifer VAR hakimləri olacaqlar. Mihael Riley (İngiltərə) hakim-inspektor, Filip Popovski (Şimali Makedoniya) UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.