Xoşqədəm Hidayətqızı “Səni axtarıram”la efirə geri qayıdır
Şou
Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramı artıq yeni yayım ünvanı tapıb.
News24.az xəbər verir ki, əvvəllər veriliş ARB TV-də göstərilirdi.
Aparıcı proqramını yenidən çəkməyə başlayıb. Hidayətqızı verilişin yeni bölümlərini "YouTube" kanalında yayımlayır.
Xoşqədəmin proqram zamanı yarımçıq qalan axtarışlarını, problemlərini davam etdirdiyi nümayiş olunub. (yenisabah.az)