Ata oğlunu amansızlıqla QƏTLƏ YETİRDİ
    • 19-08-2024, 13:26
    • 299

Ata oğlunu amansızlıqla QƏTLƏ YETİRDİ

Qan donduran hadisə ötən gecə Kastamonunun Yavuçkuyucak kəndinin Körpe Məhəlləsində baş verib.

News24.az xəbər verir ki, əldə edilən məlumata görə, Ayhan Kabuk (53) ilə narkotik aludəçisi olduğu öyrənilən oğlu 30 yaşlı Ozan Kabuk arasında mübahisə düşüb. 

Mübahisə davaya çevrilən zaman Ayhan Kabuk mətbəxdən götürdüyü bıçaqla oğlu Ozan Kabuku bıçaqlayıb. Ozan Kabuk aldığı bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. 

Ozan Kabukun cəsədi ailə üzvlərinin xəbəri üzərinə hadisə yerinə gələn Respublika prokuroru və polis qruplarının müayinəsindən sonra Kastamonu Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb. 

Ata Ayhan Kabuk polis qrupları tərəfindən nəzarətə alınıb. Kastamonu Təhsil və Araşdırma Xəstəxanasında sağlamlıq müayinəsindən keçən ata, dindirilmək üçün polis bölməsinə aparılıb. 

Digər tərəfdən bildirilib ki, İstanbulda yaşayan Ayhan Kabukun (53) narkotikdən uzaqlaşdırmaq üçün Ozan Kabuku kənd evinə gətirdiyi öyrənilib. 

Mübahisənin səbəbi hələ məlum deyil.

Məryəm İlhamqızı