Qadın həyat yoldaşını ÖLDÜRDÜ
    • 11-07-2024, 13:31
    • 349

Qadın həyat yoldaşını ÖLDÜRDÜ

Hadisə ötən gün saat 20.00 radələrində Ağırçeşme rayonunda baş verib. 

News24.az xəbər verir ki, 3 uşaq anası Ayşe K. və ona qarşı daim zorakılıq etdiyi və narkotik aludəçisi olduğu iddia edilən əri Murat K. aralarında qeyri-müəyyən səbəbdən mübahisə yaranıb. 

Mübahisə davaya çevriləndə cütlüyün böyük uşağı F.K işə qarışaraq anası ilə atasını ayırmaq istəyib. Bu zaman F.K atası tərəfindən qolundan bıçaqla yaralanıb. Oğlunun bıçaqla yaralandığını görən Ayşe K. götürdüyü dəmir çubuqla əri Murat K.-nin başına vurub.

Cütlüyün digər uşaqlarının xəbəri ilə ünvana təcili tibbi yardım və polis göndərilib. Tibb qrupu Murat K.-nin dünyasını dəyişdiyini müəyyən edib. F.K isə müalicə üçün xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılarkən Ayşe K. polis tərəfindən saxlanılıb.

Məryəm İlhamqızı