-
- 4-06-2019, 18:25
- 1 273
“Balamın əvəzinə başdaşını qucaqlayıb təbrik elədim” - Elinasız ilk ad günü...
Bu gün Elinamın ad günüdür. Onsuz keçən ilk ad günü... Balamın əvəzinə başdaşını qucaqlayıb onu təbrik elədim . Çox ağırdır... Mən hələ də onun torpaq altında olduğuna inanmıram”.
Bu sözləri 162 saylı məktəbdə intihar edən Elinanın atası Ədalət Hacıyev News24.az-a açıqlamasında deyib.
Mərhum məktəblinin atası bildirib ki, Elinanı sevənlər, yaxınları, rəfiqələri bu gün bir daha onun məzarı başına toplaşıblar: “Səhər tezdən qohumlar, qızımın rəfiqələri, dostlarla birgə Elinanın qəbrini ziyarət elədik. Çox ağırdır. Özümü güclə saxlayıram. Qızımın qəbrini qucaqlayıb onu göz yaşımla təbrik elədim. Ona deyəcək o qədər sözüm, arzularım vardı ki... Hamısı yarımçıq qaldı... İndi onun şad eləmək üçün bircə şey edə bilirik. O da ruhunu şad eləmək. Ona görə bu gün ailəmizlə birgə Sabunçudakı uşaq evinə gedəcəyik. Ordakı uşaqlar üçün ehsan süfrəsi acaçağıq. Balamı o uşaqlarla bir yerdə yad edəcəyik”.
Ədalət Hacıyev təəssüratları ilə birgə Elinanın ölümünü araşdıran vəkillərin fəaliyyəti ilə bağlı narahatlığından da danışdı: “Vəkillər hələ də konkret bir söz demir. Soruşanda “ekspertizanın nəticəsini gözləyirik” cavabını verirlər. Ekspert qrupunun tərkibinə bizim təklif etdiyimiz nümayəndənin salınmasına etiraz elədilər. Bu, məni narahat edir. Demirəm dövlətin ayırdığı ekspertlərə güvənmirəm. Amma bizim istədiyimiz ekspert də orda olsaydı, ürəyimiz rahat olardı. Prokuratura bu məsələ ilə bağlı təklifimizi qəbul eləmədi. İş uzanır, deyə biz çox darıxırıq. Mart ayında bizə demişdilər ki, sizə uzağı 20 günə cavab veriləcək. Amma 2 aydan çox vaxt keçib, heç bir nəticə yoxdur”.