-
- 17-04-2019, 11:46
- 2 704
Elinanın atasından məktəb direktorunun ev dustaqlığı ilə bağlı verilən qərara AÇIQLAMA
"Ev dustaqlığı ilə bağlı qərarı oxudum. Mən Azərbaycan qanunverciliyi çərçivəsində o xanımın layiqincə cəzalandırılacağına tam inanıram. Mən qızımı itirmişəm, əlim-qolum bağlanıb..." Bu sözləri News24.az-a açıqlamasında özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev məktəbin sabiq direktoru Sevinc Abbasovanın dünən verilən qərarla ev dustaqlığına məhkum olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
O deyib ki, Sevinc Abbasovanın cəzalandırılacağına əmindir: "Bütün bu işlər davam etdirilir və mən Azərbaycanda ədalətə inanıram. Ədalətli qərar çıxarılacaq və mənim balamın qanı yerdə qalmayacaq".
O deyib ki, Sevinc Abbasovanın cəzalandırılacağına əmindir: "Bütün bu işlər davam etdirilir və mən Azərbaycanda ədalətə inanıram. Ədalətli qərar çıxarılacaq və mənim balamın qanı yerdə qalmayacaq".