Gecə həyat tərzi və öz-özünə danışmaq nəyin göstəricisidir?
    • 19-08-2024, 20:56
    • 268

Gecə həyat tərzi və öz-özünə danışmaq nəyin göstəricisidir?

Mütaliə etmək, öz-özünə danışmaq, gecə həyat tərzi və bir sıra digər vərdişlər insanın yüksək intellekt əmsalı (IQ) olduğunu göstərə bilər.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, Daily Mail bu barədə psixoloqların araşdırmasına istinadən məlumat verir.

“Özünlə danışırsansa, sən dəli deyilsən. Əslində, bu, adi insandan daha ağıllı olduğunuzun əlaməti ola bilər”, – materialda qeyd olunur. Qeyd edilir ki, bu vərdiş yaddaşı yaxşılaşdıra, özünə inam və diqqətliliyə müsbət təsir göstərə bilər.

Alimlər həmçinin xəyalpərəstlərin, introvertlərin və gec yatmağı sevənlərin daha yüksək IQ səviyyəsini qeyd ediblər. Kitab oxumaq idrak funksiyasına, konsentrasiyanın və təxəyyülün inkişafına müsbət təsir göstərdiyi üçün yüksək IQ amilidir.