Avtomobil yük maşınına çırpıldı: 13 YAŞLI UŞAQ..
    • 19-08-2024, 15:24
    • 199

Avtomobil yük maşınına çırpıldı: 13 YAŞLI UŞAQ..

Türkiyənin Çarşamba rayonunda yük maşınına avtomobil çırpılıb.

News24.az xəbər verir ki, Necati Boğanın (38) idarəetməni itirdiyi avtomobil yolun qarşı tərəfindəki yanacaqdoldurma məntəqəsinə getmək üçün təhlükəsizlik zolağında dayanan yük maşınının arxasına çırpılıb. 

Qəzada avtomobildə olan Naciye Boğa həyatını itirib, sürücüsü Necati Boğa, Fadime Boğa (59) və E.G (13) ağır yaralanıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Xəstəxanaya çatdırılan yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə