Dəhşətli qəza: Ölən var
    • 23-07-2024, 15:24
    • 196

Dəhşətli qəza: Ölən var

Türkiyədə təkəri partladığı üçün təhlükəsizlik zolağında dayanan yük maşını arxadan gələn qazıntı maşınına çırpılıb. 

News24.az xəbər verir ki, baş verən qəzada 1 nəfər ölüb.

Əldə edilən məlumata görə, Ramazan Akgülün idarə etdiyi yük maşınının təkəri partlayıb. Yük maşınının sürücüsü Ramazan Akgül təkərini yoxlamaq üçün təhlükəsizlik zolağında dayanıb. Akgül təkəri yoxlamaq istəyərkən Cem Ərdoğanın idarə etdiyi qazıntı maşını TIR-a çırpılıb.

Qeyd edək ki, toqquşma anında Ramazan Akgül yük maşını ilə qazıntı maşınının arasında qalıb.

Xəbər üzərinə hadisə yerinə Jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Sağlamlıq qrupları Akgülün hadisə yerində öldüyünü təyin edib.

Jandarma qrupları hadisə yerində təhlükəsizlik tədbirləri görərkən, Akgülün cansız bədəni müayinədən sonra meyitxanaya aparılıb.

Jandarma qrupları qəza ilə əlaqədar araşdırma başladıb.

Günel Məlikzadə