-
- 19-08-2024, 16:47
- 210
Milli Məclisin rəhbərliyi dəyişir: Yeni sədr o olacaq
Uzun illər Azərbaycanın hakim partiyası olan Yeni Azərbaycan Partiyasının siması hesab olunan baş nazirinin müavini Əli Əhmədov yenidən aktiv siyasətə qayıdır.
News24.az bildirir ki, Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi xəbərə görə, YAP-ın deputatlığa namizədlər siyahısında yer alan Əli Əhmədovun yeni parlamentin rəhbərliyinə gətiriləcəyi deyilir.
Bu qərara səbəb isə Əli Əhmədovun yüksək siyasi hazırlıqlı şəxs olması və mövcud hakimiyyətə sədaqəti göstərilir.