Sərnişin polisə hücum etdi
    • 19-08-2024, 18:37
    • 187

Sərnişin polisə hücum etdi

Başqırdıstanda qatarda baş verən insidentdən sonra hökumət nümayəndəsinə qarşı zorakılıq maddəsi ilə cinayət işi başlanıb.

News24.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, sərnişin nəqliyyat obyektində təhlükəsiz qalma qaydalarını pozaraq nəqliyyat polisi əməkdaşına qarşı zorakılıq tətbiq edib.

Hadisə Kuybışev dəmir yolunun Dema-Ufa hissəsində Kandra-Şakşa şəhərətrafı elektrik qatarının vaqonunda baş verib.

Nəticədə 44 yaşlı sərnişin saxlanılıb və yaxın vaxtlarda barəsində həbs-qətimkan tədbiri seçiləcək.

Məlum olub ki, cinayəti törədən zaman təcavüzkar sərxoş olub.

Məryəm İlhamqızı