Sərnişin qatarı relsdən çıxdı: Yaralılar var - VİDEO
    • 27-06-2024, 09:03
    • 374

Sərnişin qatarı relsdən çıxdı: Yaralılar var - VİDEO

Rusiyanın Komi Respublikasının Vorkuta şəhərindən Novorossiysk istiqamətində hərəkət edən sərnişin qatarının 9 vaqonu relsdən çıxıb.

News24.az xəbər verir ki, hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib. 

Rusiya Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, təxminən 70 nəfərin yaralı olaraq vaqondan çıxarıldığını, yaralılardan 10-nun vəziyyətinin ağır olduğunu açıqlayıb.

Qeyd edək ki, qatarda ümumilikdə 232 nəfər olub.

Rusiya İstintaq Komitəsi vaqonların relsdən çıxması ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. İlkin təsbitlərə görə, relslərin güclü yağışlar nəticəsində zədələndiyi və qəzanın bu səbəbdən baş verə biləcəyi vurğulanır.

Onu da bildirək ki, relsdən çıxan və aşmış qatarın vaqonlarından birinin altından kişi meyiti tapılıb. Bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Günel Məlikzadə