Bakıda Putinə hansı yeməklər təqdim olunub? -MENYU
    • 19-08-2024, 18:39
    • 1 426

Bakıda Putinə hansı yeməklər təqdim olunub? -MENYU

Xəbər verdiyimiz kimi, Bakıda “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.

News24.az Sfera.az-a istinadla bildirir ki, ziyafətin menyusu Rusiyaya məxsus teleqram kanallarında paylaşılıb.

Qonaqlara badımcan ləvəngisi, ayranaşı və digər milii təamlar təklif edilib.

Menyuda quzu-təndir, iki cür yarpaq dolması, kükü, qızardılmış düşbərə, iki cür qutab, qızardılmış qızıl balıq və kartof, həmçinin milli şirniyyatlar da var.