Dollar 2 manat olur: Nə baş verəcək?
    • 20-08-2024, 13:45
    • 833

Dollar 2 manat olur: Nə baş verəcək?

Son zamanlar manatın devalivasiyası ilə bağlı xəbərlər getdikcə artmaqdadır. Bir çox iqtisadçılar yaxın dönəmdə milli valyutamızın dollar qarşısında kəskin ucuzlaşa biləcəyini qeyd edir. Proqnozlara əsasən, manat növbəti il ərzində devalivasiyaya məruz qala bilər. Təqribi proqnozlara görə, hazırda dollar qarşısında 1.70 kursu saxlayan manatın 2.00 qədər ucuzlaşması gözlənilir.

Bəs görəsən, devalivasiyanın Azərbaycan iqtisadiyyatına nəticələri necə olacaq?

News24.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, devalivasiya gözləniləndir və iqtisadiyyata olduqca mənfi təsirlər göstərəcək: dirnaq modelleri

“Devalivasiya ilə bağlı qərar inzibati olaraq veriləcək. Yəni manatın məzənnəsi Mərkəzi Bank və hökumətin birgə verəcəyi qərardan asılıdır. Bazarda baş verən proseslər manatın məzənnəsinə təsir etmir. Amma devalivasiyanın olması ehtimalı yüksəkdir. Çünki artıq 9 ildir ki, sabit məzənnə rejimidir. Bu uzun müddət davam edə bilməz. Biz bunu 2005 və 2015-ci ildə gördük. Bu illər ərzində üçpilləli devalivasiya oldu. Azərbaycan manatının dəyərdən düşməsi, təbii ki, infiliyasiya sürətləndirəcək və ölkə daxilində qiymət artımına təkan verəcək”. 

Ekpsertin fikrincə, devalivasiya bəzi sahələrə zərər vurduğu kimi, bir sıra sahələrə müsbət təsir edə bilər:

“Amma bəzi ixrac sahələrinə müsbət təsir edə bilər. Kənd təsərrüfatı məhsullarının ixracı və turizmlə məşğul olanlara, istehsal sahələrində çalışanlara müsbət təsir edəcək. Bu kimi sahələrə müsbət təsir göstərəcək və onlar əldə etdiyi valyutanı daha çox Azərbaycan manatına dəyişə biləcəklər. Amma təbii ki, ümumi götürsək, ölkə iqtisadiyyatında infiliyasiya dalğası yaranacaq və qiymət artımının daha da sürətlənməsinin şahidi olacağıq”.