Havada tozun miqdarı normadan ARTIQDIR - RƏSMİ
    • 21-08-2024, 09:31
    • 493

Havada tozun miqdarı normadan ARTIQDIR - RƏSMİ

Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır:

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.