Məşhur xanım qatarda tərbiyəsizlik etdi - QALMAQAL - FOTO
    • 3-08-2018, 21:00
    • 655

Məşhur xanım qatarda tərbiyəsizlik etdi - QALMAQAL - FOTO

Hadisə Liverpul şəhərindəki dəmiryol stansiyasında yaşanıb.

Herban modeldən bilet tələb edəndə Z.Qladden qaradərili müfəttişi təhqir etməyə başlayıb: "Rədd ol, murdar! Cəhənnəm ol, gəldiyin ölkəyə çıx get! Bura mənim ölkəmdir, sən isə miqrantsan, mühacirsən! Sən heç kimsən! Ümumiyyətlə, burada işləmək üçün sənədlərin var, lənətə gəlmiş qara meymun?!"


Ağlayan D.Herban polisə şikayətlənib.


Z.Qladdenin məhkəməsi başa çatıb. O, 1000 funt-sterlinq məbləğində cərimələnib.


Diana Herban isə məhkəmədə deyib: "Belə insanları görəndə özümü gerçəkdən də, faydasız insan, heç kim kimi hiss edirəm. Belələri insanları təhqir etməkdən zövq alırlar".


"Simpson Spence Young" şirkətində çalışan Zoi Qladden cərimə ilə canını qurtara bilməyib.


"Flawless Furs" moda agentliyində də işləyən Zoinin təqdim etdiyi bikini kolleksiyalarından Britaniyadakı bütün realiti-şoular imtina ediblər. Dükanlar da həmin kolleksiyaları satmaqdan boyun qaçırıblar.


Sosial şəbəkələrdə tənə obyektinə çevrilən Z.Qladden İnstagram və Facebook-dakı profillərini bağlayıb.
//Milli.Az