-
- 21-08-2024, 12:35
- 488
Ekspert AÇIQLADI: Azərbaycanda krandan gələn su heç də..
"Gələcəkdə su yer üzündə problem olacaq. İndi biz ən yaxşı vaxtı yaşayırıq".
Bu sözləri News24.az-a Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Ekspert qeyd edib ki, ölkəmizdə içməli su ilə bağlı bir sıra problemlər mövcuddur:
"Bu, çox acınacaqlıdır ki, bizdə içməli su ilə avtomobil yuyurlar. İçməli suyun qədrini bilib ona qənaət etmirik. Mən bir neçə su mənbəyində olub və Azərbaycandakı içməli suların vəziyyəti ilə tanış oldum. Qeyd edim ki, Azərbaycanda krandan gələn su heç də pis deyil, yəni orta vəziyyətdədir. Lakin, əhali bizə tez-tez zəng edir ki, sudan qum, palçıq gəlir. Bunun səbəbi isə Bakıda su infrastukturunun köhnə olmasıdır. Bu səbəbdən də tez-tez su borusunda partlayışlar olur. Bu yaxınlarda zəm-zəm suyu ilə Bakıdakı kran suyunu müqayisə etdim. Qeyd edim ki, kran suyunun codluğunun zəm-zəm suyundan cəmi 100 şkala aşağıdır".
Günel Məlikzadə