Qara Qarayev "Neftçi"dən gedir?
    • Dünən, 13:12
    • 252

Qara Qarayev "Neftçi"dən gedir?

Qara Qarayev Azərbaycan futbolunda iz qoymuş futbolçudur, böyük xidmətləri var. Əminəm ki, bundan sonra da olacaq. Hər birimiz ona hörmət edirik. Amma baş məşqçinin seçiminə qarışmaq fikrimiz yoxdur.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında futbolçu Qara Qarayevin komandadakı taleyi barədə danışarkən deyib.

O, hazırda bu məsələ ilə bağlı yenilik olmadığını vurğulayıb:

"Qara Qarayevlə bağlı məsələ hələlik klubun daxilində qalsın. Elə etməliyik ki, heç bir tərəf ziyan görməsin. Danışıqlar gedir. Bu barədə ictimaiyyətə məlumat veriləcək".