Piylənmə dəri xəstəliklərinə səbəb ola bilər
    • 21-08-2024, 20:00
    • 625

Piylənmə dəri xəstəliklərinə səbəb ola bilər

Araşdırmalara görə, uşaqlıqda piylənmə saç tökülməsi, atopik dermatit və sedef kimi immun sistemi və dəri xəstəliklərinə səbəb ola bilər. Həmçinin, çəkini normada saxlamaq bu dəri xəstəliklərinin yaranma ehtimalını azaltmağa yardımçı olur.

News24.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə araşdırma "Journal of Investigative Dermatology" jurnalında dərc olunub.

Araşdırmanın nəticələri göstərib ki, piylənmə xroniki iltihablı dəri xəstəliklərinə, o cümlədən psoriaz, atopik dermatit və dəridə bədxassəli şişlərin yaranmasına səbəb olur.