Azərbaycanda qadının üzünə E vitamini yeridilib – Dəhşətli fəsad
    • 23-05-2023, 18:46
    • 315

Azərbaycanda qadının üzünə E vitamini yeridilib – Dəhşətli fəsad

Azərbaycanda kosmetoloqlar vitamin E yağ məhlulunu dərini cavanlaşdırmaq məqsədilə üz dərisi altına inyeksiya edirlər.

News24.az xəbər verir ki, bu isə sonradan üzdə deformasiya, şişkinliyə, iltihaba səbəb olur. Onu dəri altından sovurub çıxarmaq uzun müalicə tələb edir.

Həkim Gündüz Bayramovun sözlərinə görə, vitamin E bir masaj vasitədir. O xaricdən dəriyə çəkilə bilər. Adətən dəri və saçları qidalandırmaq üçün istifadə olunur.

“Amma artıq bir neçə müddətdir ki, üz dərilərinə E vitamini iynə ilə vurulan qadınlar gəlir. Vitamin qalığını dəri altından çıxarmaq üçün 10 günlük müalicə lazımdır. Bu çox ciddi fəsadlara səbəb olur. Belə prosedurlarla sağlamlığınızı təhlükə altına atmayın”.