-
- 3-08-2018, 22:00
- 786
Sumqayıtda partlayışla bağlı həbslər başladı: Axtarışa verilənlər var
İyulun 28-də Sumqayıtda baş vermiş partlayışla əlaqədar şəhər prokurorluğunda cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan bildiriblər.
Xatırladaq ki, qeyd olunan tarixdə, saat 19:00 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən çənin partlaması nəticəsində orada usta işləyən Müsü Məlikov, Akif Quliyev, Rövşən Məlikov və avtomobilin sahibi Fərhad Rüstəmov həlak olmuşdu.
Baş Prokurorluqdan verilən məlumata görə, hadisəyə yanğın təhlükəsizliyinə cavabdeh MMC-nin vəzifəli şəxslərinin təhlükəsizlik qaydalarını kobud şəkildə pozması, xüsusi geyim və fərdi mühafizə vasitələri olmayan işçilərin qaynaq işlərinə cəlb edilməsi səbəb olub.
Məsələ ilə əlaqədar qaynaq işlərinin aparıldığı sahədə MMC-nin yanğın təhlükəsizliyinə cavabdeh şəxsi olan baş mühasib Elçin Salmanov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Həmçinin, MMC-nin direktoru Səyavuş Qurbanzadə və yanğın təhlükəsizliyinə cavabdeh Hüseyn Kazımov Azərbaycandan kənarda olduqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə axtarışa veriliblər.
//Oxu.az