-
- 22-08-2024, 08:02
- 891
Rusiyada yenidən GÜCLÜ ZƏLZƏLƏ oldu- DAĞINTI VƏ TƏLƏFAT
Rusiyanın Kamçatka diyarında 6,1 maqnitudada zəlzələ baş verib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin ocağı təxminən 40 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda, Avaça körfəzində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, son günlər Kamçatkada güclü zəlzələlər baş verib.