Donald Tramp görün nəyi icazəsiz istifadə etdi
    • 22-08-2024, 14:44
    • 433

Donald Tramp görün nəyi icazəsiz istifadə etdi

ABŞ prezidentliyi yarışında Respublikaçı namizəd Donald Tramp icazəsiz Beyonsun mahnısından istifadə edib. Müğənninin “Freedom” mahnısı Trampın 13 saniyəlik kampaniya videosunda istifadə olunub.

News24.az xəbər verir ki, Trampın seçki kampaniyasının nümayəndəsi Steven Cheung tərəfindən yerləşdirilən video silinib.

məlum olub ki, Tramp mahnıdan icazəsiz istifadə edib. Mahnının klip çəkildiyi zaman istifadə edilib-edilmədiyi və ya Cheungun mahnını sonradan videoya əlavə edib-etmədiyi məlum deyil.

Beyons müəllif hüquqları ilə bağlı problemlərə görə qanuni addım ata biləcəyi düşünülür.

Günel Məlikzadə