-
- 17-07-2024, 16:44
- 292
"Tramp dövründə Rusiya üçün yaxşı heç nə edilməyib"
Moskva Donald Trampın prezidentliyi ilə bağlı açıqlama verib.
News24.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Trampın 2017-2021-ci illərdə ABŞ prezidentliyi dövründə Moskva ilə Vaşinqton arasında ən azı dialoqun olduğunu və bunun özlüyündə müsbət hal olduğunu bildirib.
Peskov bu sözləri jurnalistlərlə bu gün keçirdiyi konfrans zamanı Trampın Rusiya prezidenti Vladimir Putinlə işgüzar münasibətləri ilə bağlı keçmişdə dediyi şərhlərlə bağlı sualı cavablandırarkən deyib.
“(Putin və Trampın) anlaşıb-yaxmamasına gəlincə, Tramp dövründə Rusiya üçün yaxşı heç nə edilməyib”, – Peskov bildirib.
Peskov əlavə edib ki, Rusiya və Putin ənənəvi olaraq ABŞ-da seçki kampaniyaları zamanı gündəmə gələn məsələlərdir.
Günel Məlikzadə