Emin Ağalarov ilk dəfə Bakıdakı villasının içini göstərdi - VİDEO
    • 23-08-2024, 09:42
    • 1 110

Emin Ağalarov ilk dəfə Bakıdakı villasının içini göstərdi - VİDEO

İş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov dənizə baxan villasının içini ilk dəfə nümayiş etdirib. O, kadrları “Instagram”da yayımlayıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, o, Bakıdakı evinin Xəzər dənizinə baxan hissəsini lentə alıb. Xalq artisti videoya balkonu olan panoramalı yataq otağı ilə başlayıb. Daha sonra soyunub-geyinmə otağının içini, eləcə də mərmər pilləkənləri və dəbdəbəli üslubda zalları göstərib.

Videonun sonunda o, tennis məşqinə gedib.