Pəhriz saxlayanların DİQQƏTİNƏ - Sizi 24 saat tox saxlayacaq
    • 23-08-2024, 13:47
    • 752

Pəhriz saxlayanların DİQQƏTİNƏ - Sizi 24 saat tox saxlayacaq

Pəhriz siyahıları ümumiyyətlə fərdi olmalıdır. Hər pəhriz hər bədənə uyğun deyil.

News24.az xəbər verir ki, bu səbəbdən bədəninizə ən uyğun olan pəhriz proqramına əməl etməyiniz tövsiyə olunur.

Xüsusilə bəzi meyvələri pəhriz siyahısına əlavə etməklə daha sağlam və tez arıqlaya bilərsiniz.

Bu meyvələr mədəni tox saxlayır və artıq kalori qəbulunun qarşısını alır. Bu meyvələrin istehlakı 24 saat ərzində toxluq hissini təmin edə bilər.

Ancaq bu meyvələri pəhriz siyahısına əlavə etməzdən əvvəl mütləq dietoloqla məsləhətləşin.

1- ALMA

Alma ölkəmizdə tez-tez yetişən bir meyvədir. Almadan bəhrələnmək lazımdır. Pəhriz siyahısına alma əlavə edib qəlyanaltı kimi istifadə edə bilərsiniz. Alma tərkibində bol miqdarda lif və su var.

Bu xüsusiyyət sizə daha az aclıq hissi verəcək. Arıqlamaq üçün də yaxşı seçimdir. Alma yağ yandırıcı xüsusiyyətlərə malikdir, qanda şəkərin ani qalxıb düşməsinin qarşısını alır. Qan şəkərini ideal tarazlıqda saxlayır və ağır desertlər yemək istəyinizi boğur.

2- ÇİYƏYƏK

Bədəni toksinlərdən təmizləməyə kömək edən ləzzətli yay meyvəsi tərkibindəki vitaminlər, minerallar və yüksək miqdarda antioksidantlar sayəsində sağlamlığınızı yaxşılaşdırır.

Sakitləşdirici təsiri ilə stressi azaltmağa kömək edir. Onun həzm sisteminə faydalı təsirinin tam bir bonus olduğunu söyləyə bilərik.

İstəyirsinizsə, qəlyanaltılarınızda 10-15 təzə çiyələk yeyə bilərsiniz. O, həm də tox qalmağınıza və şəkər ehtiyacınızı ödəməyinizə kömək edəcək.

3- ƏNCİR

Əncir sizi uzun müddət tox saxlayır və həzm sisteminin nizamlı işləməsinə kömək edir. Bağırsaq hərəkətlərini tənzimlədiyi üçün qəbizliyin qarşısını alır. 1 böyük ölçülü əncir cəmi 55 kaloridir.

Üstəlik, tərkibindəki faydalı qida elementləri ilə daha sağlam olmanıza kömək edir. O, həmçinin yeyilən qidaların yağ kimi saxlanmasının qarşısını alır. Bir böyük ənciri qəlyanaltıda rahatlıqla istehlak edə bilərsiniz.

4- ARMUD

Armudun müntəzəm istifadəsi immuniteti gücləndirir və xəstəliklərdən qoruyur. Armud yüksək qan təzyiqi və xolesterin səviyyəsini tənzimləyən C vitamininin böyük mənbəyidir. Armud həzm sisteminin nizamlı işləməsini təmin edərək, bədəndə yığılan ödemin və toksinlərin aradan qaldırılmasını asanlaşdırır.

Armud gün boyu toxluq hissi yaradır. Qan şəkərini tarazlayır və qəfil şirin istəklərin qarşısını alır. Maddələr mübadiləsini sürətləndirərək yağların yandırılmasını dəstəkləyir.

5- ƏRİK

Ərik həm arıqlamağınıza kömək edir, həm də dəri sağlamlığını qoruyur. Ərik istehlak edərək qırışların və erkən yaşlanmanın qarşısını ala bilərsiniz. Ərikdə çoxlu E və C vitaminləri var. Bu vitaminlər ərikləri güclü antioksidant edir.

Lifli quruluşu sayəsində ərik həzm sisteminin nizamlı işləməsini təmin edir. Çəki idarə etməyə kömək edir və aclıq böhranlarını sakitləşdirir. Doydurucu xüsusiyyətlərə malik olan ərik qurusunu da istehlak edə bilərsiniz.

Günel Məlikzadə