-
- 23-08-2024, 14:47
- 755
Lirə dollar qarşısında dəyərsizləşir - YENİ MƏZƏNNƏ
Türkiyədə lirənin dollara nəzərən ucuzlaşması davam edir.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, bu gün ilk dəfə olaraq bir dollar 34 lirəyə yüksəlib. Xatırladaq ki, Türkiyədə dollar bir müddət sabit qaldıqdan sonra bahalaşmağa başlayıb.
2024-cü ilin aprelindən iyununa qədər bir dollar 32,3 lirə ətrafında dəyişirdi. Amma sonra dollar yenidən bahalaşdı və iyulun 22-nə kimi 33 dollara qədər yüksəldi. Son bir ayda isə dolların bahalaşması daha da güclənib.
Yalnız bir ayda dollar 1 lirə və ya 3 faizə yaxın bahalaşıb. Son bir ildə isə dolların bahalaşması 25 faizi ötüb.
Türkiyədə lirənin ucuzlaşmasının əsas səbəbi xarici ticarət əməliyyatlarında böyük kəsirin yaranmasıdır. Hər il Türkiyənin idxalı ixracından 70-100 milyard dollar çox olur ki, bu da lirənin ucuzlaşmasına səbəb olur.
Türkiyəli iqtisadçıların proqnozuna əsasən, 2024-cü ilin sonuna doğru lirə bir qədər də ucuzlaşacaq və dolların kursu 36 lirəyə yüksələcək.
Qeyd edək ki, lirənin sürətlə ucuzlaşması Türkiyədə yüksək inflyasiyaya səbəb olur.