-
- Dünən, 13:52
- 181
İlyas İsmayılov reanimasiyaya yerləşdirildi
Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.
News24.az xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun yaxın qohumu deyib.
“İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, o xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır”, – deyə o əlavə edib.
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.