Evli kişilər daha sağlam yaşlanır - ARAŞDIRMA
    • 23-08-2024, 16:31
    • 266

Evli kişilər daha sağlam yaşlanır - ARAŞDIRMA

Kanadada aparılan yeni bir araşdırma, evli kişilərin subay kişilərə nisbətən daha sağlam qocaldığını ortaya çıxarıb.

Kanadanın Toronto Universitetində tədqiqatçılar tərəfindən aparılan 3 illik araşdırmada yaşı 60 və yuxarı olan 7600 Kanada vətəndaşının qocalma prosesləri ilə bağlı tapıntılar araşdırılıb.

News24.az xəbər verir ki, təhlil nəticəsində tədqiqatçılar müəyyən ediblər ki, evli kişilər subay kişilərdən iki dəfə daha yaxşı yaşlanır.

Tədqiqatçılar evliliyin qadınlara təsirinin eyni olmadığı qənaətinə gəliblər və subay qadınların evli, həyat yoldaşını itirmiş və ya boşanmış qadınlara nisbətən daha sağlam yaşlandığını ortaya çıxarıblar.

İdeal qocalmanı “gündəlik fəaliyyətlərə mane olan ciddi fiziki, koqnitiv, əqli və ya emosional vəziyyətlərdən qaçmaq” kimi təyin edir və “yüksək xoşbəxtlik, fiziki və ruhi sağlamlıq səviyyəsinin” qocalmaya müsbət təsir etdiyini qeyd edirlər.

Toronto Universitetinin professoru David Burnes, "Evli insanlar bir-birlərini siqareti buraxmaq və ya müntəzəm idman etmək kimi sağlam davranışları mənimsəməyə və ya davam etdirməyə təşviq edə bilərlər" dedi. 

Qeyd edək ki, araşdırma “International Social Work” jurnalında dərc olunub.

Günel Məliikzadə